Rustavinin əsas Milad ağacının işıqları təntənəli şəkildə yandırılıb
Rustavinin əsas Milad ağacının işıqları təntənəli şəkildə yandırılıb

 
Rustavinin baş meydanındakı Yeni il kəndində şəhərin əsas Milad ağacının işıqları təntənəli şəkildə yandırılıb. Tədbirdə Rustavi meri Nino Latsabidze iştirak edib.

“Tutarçela” ansamblı tərəfindən tədbirdə musiqi nömrələri səslənib. Şəhərin baş meydanına toplaşanlar tərəfindən Milad ağacının işıqlandırılmasına qalan saniyələr yekdilliklə hesablanıb. Tədbir atəşfəşanlıqla başa çatıb.

Rustavinin Yeni il kəndində bayram tədbirləri dekabrın 10-dan yanvarın 1-i də daxil olmaqla, hər gün yeni proqramla keçiriləcək. Yanvarın 6-da Milad bayramı münasibətilə “Gürcü səsləri” və “Region” qrupu konsert verəcək.