"Rustavinin Azot"unda öhdəliklərin yerinə yetirilməsi ilə bağlı təftiş aparılıb
Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları “Rustavinin Azot”u SC-də inzibati yazışmalarla müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar vəziyyəti yoxlayıblar.
Bu barədə Ətraf Mühitə Nəzarət Departamenti məlumat yayır.
“Ətraf Mühitə Nəzarət Departamentinin yazışmalarına əsasən, şirkət öz fəaliyyətini Ətraf Mühitin qərarının şərtlərinə uyğun həyata keçirməyə borclu idi. Aparılmış təftiş nəticəsində, qeyri-mütəşəkkil dağılma və tullantıların idarə olunması məcəlləsinin tələblərinin pozulması faktları daxil olmaqla şirkət tərəfindən müəyyən öhdəliklərin yerinə yetirilmədiyi aşkar edilib. Təftiş prosesi davam edir. Müəssisə barəsində İnzibati Xətalara əsasən iş açılıb, sənədlər öyrənilir və qanunla müəyyən edilmiş müvafiq tədbirlər görüləcək” – deyə məlumatda deyilir.