Rustavinin 2023-cü ilə olan büdcəsi birinci oxunuşda qəbul edilməyib
Rustavinin 2023-cü ilə olan büdcəsi birinci oxunuşda qəbul edilməyib

 

Rustavinin 2023-cü ilə olan büdcəsi birinci oxunuşda qəbul edilməyib.

Layihəni yalnız “Gürcü Arzusu”nun deputatları dəstəkləyiblər.

Müzakirə bir neçə saat boyunca səs-küy və mübahisə fonunda keçib.

Rustavi meri Nino Latsabidze layihəni Sakrebuloya təqdim edib. İclas başladıqdan bir neçə dəqiqə sonra “Milli Hərəkat”ın deputatları iclas zalını tərk edərək, ümumiyyətlə, səsvermədə iştirak etməyiblər. “Gürcüstan naminə” partiyasının deputatları isə büdcəni dəstəkləməyiblər.

Rustavinin büdcə layihəsi 87 milyon 367 min 700 lari ilə təqdim olunub. İlkin büdcə layihəsi keçən illə müqayisədə 6 milyon artırılıb.

Rustavi Sakrebulosunun müxalifətdən, həm “Milli Hərəkat”, həm də “Gürcüstan naminə” partiyasından olan deputatları büdcədə onların iradlarının nəzərə alınmadığını, buna görə də onu dəstəkləmədiklərini açıqlayırlar.

Nino Latsabidze təcili brifinq keçirib. Rustavi meri Sakrebulonun müxalifət hissəsinin şəhər əhalisinə xəyanət etdiyini bildirib. Onlar məsuliyyətdən yayındılar və bununla da şəhəri təhlükə altına atdılar.

Nino Latsabidze şəhərin heç bir problemlə üzləşməməsi üçün icraçı hakimiyyətin hər şeyi edəcəyini və bütün təsir vasitələrindən istifadə edəcəyini bildirib.