Rustavinin Ədliyyə Evində davam edən təmir işləri ilə əlaqədar istifadəçilərə fasiləsiz xidmət göstərmək məqsədilə müvəqqəti filial fəaliyyətə başlayıb
Rustavinin Ədliyyə Evində davam edən təmir işləri ilə əlaqədar istifadəçilərə fasiləsiz xidmət göstərmək məqsədilə müvəqqəti filial fəaliyyətə başlayıb

 

Ədliyyə Evinin Rustavi filialında genişmiqyaslı infrastruktur işlərinə başlanılıb. Bununla əlaqədar Ədliyyə Evi bəyanat yayır.

Ədliyyə Evinin bəyanatına əsasən, təmir işləri nəticəsində xidmət sahəsi tamamilə yenilənəcək, xidmətlərin göstərilməsi keyfiyyətinin yüksəldilməsi məqsədilə məkanın planlaşdırılması dəyişdiriləcək, xidmət zalı genişləndiriləcək və istifadəçi axınının idarə edilməsi yaxşılaşacaq, bu da gözləmə və xidmət vaxtının optimallaşdırılmasına töhfə verəcək.

Təmir işləri ilə əlaqədar istifadəçilərə fasiləsiz xidmət göstərmək məqsədilə müvəqqəti filial fəaliyyətə başlayıb.

“Təmir işlərinə paralel olaraq, istifadəçilərə fasiləsiz xidmət göstərmək məqsədilə Rustavinin Ədliyyə Evinin müvəqqəti filialı fəaliyyətə başlayıb. Arzuolunan xidmətdən yararlanmaq üçün istifadəçilər Ədliyyə Evinin Davit Ağmaşenebeli pr., №89 (“Rustavi Mall” binası) ünvanında yerləşən filialına müraciət etməlidirlər. İstifadəçi hər iş günü saat 09:00-dan 18:00-dək 500-dən çox xidmətdən yararlana biləcək. Təmir işlərinin gedişatı boyunca Rustavi ş., Dostluq prospekti №29 yerləşən filial fəaliyyət göstərməyəcək.

Son illərdə Ədliyyə Evinin xidmətlərinin sayının kəskin artması xidmət sahəsinin yenilənməsini şərtləndirdi. Vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərilməsi və onların ehtiyaclarının qayğısına qalınması Ədliyyə Nazirliyinin dəyişməz prioritetidir. Qurum dövlət və ya özəl xidmətlərin rəngarəngliyinin və əlçatanlığının yaxşılaşdırılması üzərində daim işləyir”- bəyanatda qeyd olunub.