Rustavinin “Retsa” məktəbinin direktorunun  sözlərinə görə, şagirdlər təbii fəlakət zonasından təxliyə ediliblər
Rustavinin “Retsa” məktəbinin direktorunun  sözlərinə görə, şagirdlər təbii fəlakət zonasından təxliyə ediliblər

Rustavinin “Retsa” məktəbinin direktoru Vaxo Abaişvilinin sözlərinə görə, məktəbin şagirdləri təbii fəlakət zonasından təxliyə edilib və onların həyatları təhlükədə deyil-bu barədə Abaişvili Gürcüstanın Birinci Kanalına bildirib.

Onun sözlərinə görə, hazırda 61 nəfər Rustaviyə qayıdır.

“Xilasedicilər çox yaxşı işlədilər, bizi sürətlə oradan çıxardılar və biz Rustaviyə gəlirik. İki hissədən ibarət idik, bir hissə düşərgədə idi, dincəlirdilər, o biri hissəsi isə gölə getdi. Həmişəki kimi göldən qayıtdıq, lakin düşərgəyə qayıda bilmədik. Düşərgədə qalanlar bu gün səhər təyyarə ilə çıxarılıb. Biz ümumilikdə 61 nəfərik və hamımız yaxşıyıq”, – deyə Vaxo Abaişvili bildirib.