Rustavidə yeni avtobuslar sabahdan iki ihəftə ərzində pulsuz hərəkət edəcəklər
Rustavi Meriyasının məlumatına görə, illər ərzində Rustavi munisipal avtonəqliyyatı ilk dəfə yeniləşdirildi. Bu gün şəhərin mərkəzində yeniləşdirilmiş avtoparkın təqdimatı keçirildi.
“Avro 5” standartlı 22 yeni avtobus Rustavililərə pandemiyaya görə tədbiq olunan məhdudiyyətlərin aradan götürülməsindən sonra, 8 fevraldan xidmət edəcəklər. Urban nəqliyyat inkişafı proqramı çərçivəsində, İnfrastruktur Nazirliyinin Munisipal İnkişaf Fondu Rustaviyə 22 ədəd “Avro 5” standartlı yeni avtobuslar verdi. Proqram ilə nəzərdə tutulmuş daha 18 nəqliyyat vasitəsini Rustavi yaxın gələcəkdə alacaq. Avtobuslar MİM şəxslər üçün tamailə adaptasiya olunub.
Rustavi Meriyasının qərarı ilə, yeni avtobuslar sabahdan iki ihəftə ərzində Rustavilililərə tamamilə pulsuz xidmət göstərəcəklər.
Yeni avtobusların təqdimatında Parlamentin Regional Siyasət və Özünüidarəetmə Komitəsinin sədri Sozar Subari, Rustavinin majoritar deputatı Nino Latsabidze, Parlamentin üzvü Aleksandre Dalakişvili, Rustavi meri İrakli Tabağua, Gürcüstan Munisipal İnkişaf Fondunun icra direktoru Giorgi Şengeliya, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, Sakrebulonun sədri Levan Oniani, Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin nümayəndələri iştirak edirdilər.
Proqram “EBRD” maliyyə dəstəyi ilə həyata keçirildi. Proqram müxtəlif munisipalitetlər üçün 175 ədəd, ümumilikdə 18.7 milyon avro dəyərində müasir standartlı avtobusların əldə edilməsini nəzərdə tuturdu. Urban nəqliyyat inkişafı proqramı çərçivəsində Gürcüstanın altı şəhəri – Rustavi, Telavi, Poti, Qori, Zuqddi və Kutaisi seçildi .