Rustavidə yeni avtobuslar iki ihəftə ərzində pulsuz hərəkət edəcəklər
Rustavidə yeni avtobuslar iki ihəftə ərzində pulsuz hərəkət edəcəklər

Rustavi Meriyasının məlumatına görə, illər ərzində Rustavi munisipal avtonəqliyyatı ilk dəfə yeniləşdirildi. Dünən şəhərin mərkəzində yeniləşdirilmiş avtoparkın təqdimatı keçirildi.

“Avro 5” standartlı 22 yeni avtobus Rustavililərə pandemiyaya görə tədbiq olunan məhdudiyyətlərin aradan götürülməsindən sonra, bu gündən xidmət edəcəklər. Urban nəqliyyat inkişafı proqramı çərçivəsində, İnfrastruktur Nazirliyinin Munisipal İnkişaf Fondu Rustaviyə 22 ədəd “Avro 5” standartlı yeni avtobuslar verdi. Proqram ilə nəzərdə tutulmuş daha 18 nəqliyyat vasitəsini Rustavi yaxın gələcəkdə alacaq. Avtobuslar MİM şəxslər üçün tamailə adaptasiya olunub.

Rustavi Meriyasının qərarı ilə, yeni avtobuslar bu gündən iki ihəftə ərzində Rustavilililərə tamamilə pulsuz xidmət göstərəcəklər.

Proqram “EBRD” maliyyə dəstəyi ilə həyata keçirildi. Proqram müxtəlif munisipalitetlər üçün 175 ədəd, ümumilikdə 18.7 milyon avro dəyərində müasir standartlı avtobusların əldə edilməsini nəzərdə tuturdu. Urban nəqliyyat inkişafı proqramı çərçivəsində Gürcüstanın altı şəhəri – Rustavi, Telavi, Poti, Qori, Zuqddi və Kutaisi seçildi .