Rustavidə "Qaviqude" hərəkatı nümayəndələri səssiz aksiya keçirdilər
Rustavidə "Qaviqude" hərəkatı nümayəndələri səssiz aksiya keçirdilər

Rustavidə Gürcüstanın baş naziri tərəfindən “Gürcü Tekstili” zavodunun tikintisinin açılışına paralel olaraq, “Qaviqude”(boğuldum) hərəkatı nümayəndələri aksiya keçirdilər.

Etiraz aksiyası səssiz idi. Fəallar şəhərdə müəssisələr tərəfindən havanın çirkləndirilməsinə etiraz edirdilər.