Rustavidə koronavirusdan 29 yaşlı pasient həlak oldu
Rustavidə koronavirusdan 29 yaşlı pasient həlak oldu

Rustavidə koronavirusdan 29 yaşlı pasient həlak oldu.

Rustavi klinikasının tibbi rəhbəri İrakli Giorqadzenin bəyanataına görə, ölən 29 yaşlı oğlanın yan xəstəlikləri yox idi.

“Onu dekabrın 10-da gətirdilər. Kritik vəziyyətdə idi. Test keçirdilər və koronavirusu təsdiqləndi. Gətirildiyi andan reanimasiya bölməsinə yerləşdirildi. Müalicə kursu ilk andan etibarən klinik qrupla razılaşdırıldı. Təəssüf ki, pasient dünən həlak oldu” – dedi İrakli Giorqadze.

Onun dediyinə görə, pasient xəstəliyin ilk günlərində klinikaya müraciət etmədi və ailə həkiminin nəzarəti altında evdə müalicə olunurdu.