Rustavidə konstitusiya dəyişikliklərinin ümumxalq müzakirəsi keçirildi
Konstitusiya dəyişiklikləri ilə əlaqədar ümumxalq müzakirəsinin təşkilat komissiyası şərqi Gürcüstanda görüşləri yenilədi.
“Gürcüstan Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” və “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” Gürcüstanın konstitusiya qanun layihələrinin ümumxalq müzakirəsi bugün Rustavidə keçirildi.
Parlament sədri Şalva Papuaşvilinin rəhbərlik etdiyi ümumxalq müzakirəsinin təşkilat komissiyası konstitusiya qanun layihələrini əhaliyə təqdim etdi.
Həmçinin, Komissiyanın üzvləri – Davit Matikaşvili, Tengiz Şarmanaşvili və İrakli Şatakişvili konstitusiya dəyişiklikləri ilə bağlı əhaliylə söhbət etdilər. Onlar əhali tərəfindən verilən sualları ətraflı cavablandırdılar.
Görüşdə Kvemo Kartli bölgəsinin dövlət müdafiəçisi Qiorqi Doxturişvili və Rustavi şəhərinin meri Nino Latsabidze də iştirak edirdilər.
Ümumxalq müzakirəsinin təşkilat komissiyası bu gün Telavidə əhali ilə görüş keçirəcək.