Rustavidə "Gürcü Arzusu" qadınlar təşkilatının bölgə konfransı keçirildi
Rustavidə "Gürcü Arzusu" qadınlar təşkilatının bölgə konfransı keçirildi

Rustavidə “Gürcü Arzusu” qadınlar təşkilatının bu gün Kvemo Kartli bölgə konfransı keçirildi.

Qadınlar təşkilatının idarə heyətinin sədri, Nino Tsilosani konfrans iştirakçılarını təşkilatın məqsədləri ilə tanış, Kvemo Kartli bölgə şurasının rəhbəri və tərkibini təqdim etdi.

Konfransda qadınlar təşkilatının siyasi katibi, baş nazirin müavini, Mədəniyyət, İdman və Gənclərlə iş üzrə naziri Tea Sulukiani, idarə heyətinin üzvləri – Rustavi meri Nino Lasabidze, Nino Vardosanidze, Baiya Kvitsiani, Naira Marşaniya, İrma Zavradaşvili, Nino İobaşvili, Tamar Taliaşvili, Tamar Taliaşvilos iştirak edirdilər.

“Gürcü Arzusu” qadınlar təşkilatının bölgə konfransları artıq Şida Kartli, Samtsxe-Cavaxeti, Raça-Leçxum-Kvemo Svaneti, Kaxeti, İmereti, Sameqrelo-Zemo Svaneti, Acara və Quriyada keçirildi.