Rustavidə, Dumbadze küçəsində qətl hadisəsi baş verdi. Hazırda əldə olunan məlumata görə, ana və uşaq həlak olub.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları səfərbər olunub.
Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayət məcəlləsinin yəni ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyi nəzərdə tutan 109-cu maddəsi ilə istintaq başladılıb.
Onların məlumatına görə, ana-balaya atəş açan şəxs artıq saxlanılıb.