Rustavidə ailə zoraklığında təqsirləndirilən şəxs polis tərəfindən həbs edildi
Daxili İşlər Nazirliyinin Kvemo-Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları, həyata keçirdikləri operativ-axtarış və istintaq tədbirləri nəticəsində, 1980-ci il təvəllüdlü G.T-yı, ailədə zorakılıq etdiyi üçün həbs etdilər.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır:
“İstintaq nəticəsində məlum oldu ki, alkohol təsiri altında olan suçlu, dörd az yaşlı uşaqların yanında həyat yoldaşını və qaynanasını dövdü. Zərər görən qadınlar hadisə haqqında polisə məlumat verdilər. Məlum oldu ki, həbs edilən şəxs, daha öncə də həyat yoldaşını dəfələrlə döyüb”
Gürcüstanın cinayət məcəlləsinə əsasən, həbs edilən şəxs üçün 1-dən 3 ilə qədər həbs cəzası nəzərdə tutulur.