Rustavidə ailə üzvünü təhdid etmə və əşyasına ziyan vurma ittihamı ilə bir kişi saxlanılıb
Rustavidə ailə üzvünü təhdid etmə və əşyasına ziyan vurma ittihamı ilə bir kişi saxlanılıb

 
Rustavidə ailə üzvünü təhdid etmə və əşyasına ziyan vurma ittihamı ilə bir kişi saxlanılıb.

Mövcud məlumata əsasən, gənc kişi əvvəlcə keçmiş həyat yoldaşının avtomobilinə ziyan vurub, daha sonra isə od vuraraq yandırıb. Hadisədən əvvəl kişi qadını soyuq silahla təhdid edib və ona qayıtmağı tələb edib.

Hadisə yerinə polis və yanğın-xilasetmə xidməti səfərbər edilib.

Sözügedən şəxs hazırda saxlanılıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumat üzrə, faktla bağlı Cinayət Məcəlləsinin 11-ci əlavə maddəsinin 187-ci və 151-ci maddələri ilə istintaq aparılır, bu da ailə üzvünün əşyasına zərər vurma və təhdid etməni nəzərdə tutur.