Daha 107 ailənin Rustavidə mənzillərini leqallaşdırmaq problemi olmayacaq. Gürcüstan hökumətinin qərarına əsasən, mənzillər onlara simvolik bir lari qiymətinə verilib.
Rustavi meri Nino Latsabidze və Kvemo Kartli qubernatoru Qiorqi Doxturuşvili sakrebulo üzvləri ilə birlikdə ərazilərin leqallaşdırılması barədə əhalini məlumatlandırıb və hökumət fərmanının surətini şəxsən təhvil veriblər.
Onilliklər ərzində leqallaşdırılmayan mənzil son bir ildə Rustavidə 500-ə yaxın ailənin mülkiyyətinə keçib.
Daha 150 müraciət üçün Rustavi Şəhər İcra Hakimiyyətinin Əmlakın İdarə Olunması Xidmətində binaların leqallaşdırılması üçün zəruri prosedurlar aparılır. Ərazinin leqallaşdırılması ilə bağlı qərar qəbul edilmiş 107 ailə üçün mənzilə qanuni sahiblik üçün yalnız dövlət reyestrində müvafiq qeydiyyat tələb olunacaq.