Rustavi Sakrebulosu 2023-cü ilin büdcə layihəsini yekdilliklə dəstəkləyib
Rustavi Sakrebulosu 2023-cü ilin büdcə layihəsini yekdilliklə dəstəkləyib

 

Rustavi Sakrebulosu yekdilliklə Rustavinin 2023-cü ilin büdcə layihəsini dəstəkləyib.

Yeni büdcə 87 milyon 367 min 700 lari müəyyən edilib. İlkin büdcə, əvvəlki ilin ilkin büdcəsi ilə müqayisədə 6 milyon lari artırılıb. İnfrastruktur və sosial layihələr yenə də prioritetlərdir. İki yeni səhiyyə layihəsi də əlavə edilib.

Büdcə layihəsinin müzakirəsi komissiyaların və Sakrebulonun son iclasında səs-küy fonunda keçirilib.

İlk dinləmədə müxalifət çoxluğundan ibarət Sakrebulo layihəni dəstəkləməyib və geri göndərib. Bu dəfə isə Sakrebuloda təmsil olunan dörd partiyanın hamısı yekdilliklə büdcəni dəstəkləyib.