Rustavi metallurgiya zavodunun çeşidləmə sexinin işçiləri tətil elan ediblər
Rustavi metallurgiya zavodunun çeşidləmə sexinin işçiləri tətil elan ediblər

 

Rustavi metallurgiya zavodunun çeşidləmə sexinin işçiləri tətil elan ediblər.

Tətil elan edən işçilər maaşın 30 faiz artırılmasını və 13-cü maaşın verilməsini tələb edirlər.

Onlar zavodun inzibati binasının qarşısına toplaşıblar. Sexin fəaliyyəti dayandırılıb və onlar tələblər yerinə yetirilməyənə qədər sexi işlətməyəcəklərini bildirirlər.

Həmkarlar İttifaqları aksiya iştirakçıları ilə həmrəy olduqlarını bildirirlər.

Bundan başqa, administrasiyada deyildiyi üzrə, tətil elan etmiş işçilərlə danışıqlar aparırlar və maaşları tədricən artırmağa hazırdırlar.