Rustavi meriyasında səs-küy qeydə alınıb
Rustavi meriyasında səs-küy qeydə alınıb

 
Rustavi meriyasında səs-küy qeydə alınıb. Sakrebulonun “Vahid Milli Hərəkat”-dan olan üzvləri iki gündür iclas keçirmək istədiklərini və Sakrebulonun iclas salonunun bağlı olması səbəbindən bunu edə bilmədiklərini bildiriblər.

Deputatlar sakrebulodan sonra Rustavi meriyasının ictimai qəbuluna gediblər və orada da səs-küy davam edib. Hadisə yerinə patrul polisi səfərbər edilib.

Rustavi meri Nino Latsabidze Sakrebulonun “Milli Hərəkat”-dan olan üzvləri ilə görüşüb. Latsabidze, deputatların şou təşkil etdiyini bildirib. Onun sözlərinə görə, sakrebulonun “Milli Hərəkat”-dan olan üzvləri özləri sessiyalara qatılmır və bununla da şəhəri pis vəziyyətdə qoyurlar.