"Rustavi Azot"-un rəhbərliyi ilə fəhlələrin 7 saatlıq danışıqları nəticəsiz başa çatdı
"Rustavi Azot"-un rəhbərliyi ilə fəhlələrin 7 saatlıq danışıqları nəticəsiz başa çatdı

“Rustavi Azot”-un rəhbərliyi ilə fəhlələrin 7 saatlıq danışıqlarının nəticəsi olmadı.

Görüşdən çıxan parlament nümayəndələri, hansılar tərəflər arasında mediator rolunu üzərlərinə götürmüşdülər, etiraz edənlərə dedilər ki, danışıqlara artıq qoşulmayacaqlar və Azot zavodunun rəhbərliyinin son qərarını onlarla bərabər gözləyəcəklər.

“Görüş çox gərgin rejimdə keçirilirdi. Söhbət maaşdan başqa, iş şəraitlərinə də aparıldı və iş şəraiti ilə yerində tanış olduq. Təəssüf ki, tərəflər arasında kompromisə nail olunmadı. Üç gündür etiraz edən fəhlələrlə və yerli əhali ilə bərabər  biz də zavodun rəhbərliyinin qərarını gözləyəcəyik. Zavodun rəhbərliyi işçilərinə doğru addım atmalıdır. Bildiyim qədəri ilə, zavod rəhbərliyi son qərarını sabah verəcək”, – dedi Rustavinin majoritar deputatı Nino Latsabidze.

Etiraz edənlərin açıqlamasına görə, aksiyalar sabah səhərdən davam edəcək. Tələbləri isə, eynidir.