Rustaveli prospektinin hissəsi və Azadlıq meydanında hərəkət məhdudlaşdırılıb
Rustaveli prospektinin hissəsi və Azadlıq meydanında hərəkət məhdudlaşdırılıb

 
Oktyabrın 23-nə planlaşdırılan tədbirə görə Rustaveli prospektində, Canturia küçəsindən Azadlıq meydanı da daxil olmaqla, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu haqda məlumatı Tbilisi Meriyası yayır.

Meriyanın məlumatında, Kote Apxazi və Şalva Dadiani küçələrindən Azadlıq meydanı istiqamətində də hərəkətin qadağan edildiyi deyilir.

“Nəqliyyatın hərəkəti Barataşvili körpüsünün yaxınlığındakı pandusa qədər və Rustaveli prospekti tərəfindən Canturia küçəsinə qədər olan yol hissəsində mümkündür. Mtkvarinin ( Kür) sağ və sol sahilindən Azadlıq meydanına doğru hərəkət edən avtomobillər üçün Puşkin küçəsinin başlanğıcına qədər hərəkət mümkündür. Barataşvili küçəsindən Rustaveli prospekti istiqamətində hərəkətə isə Tabukaşvili küçəsindən istifadə etməklə icazə verilir. Rustaveli prospektində hərəkətə Canturia küçəsinə qədər olan yol hissəsində icazə verilir. Müvafiq olaraq, Lesia Ukrainka, Corcadze, Cicinadze, 9 Aprel, Purtseladze və Qudiaşvili küçələrində də hərəkət məhdudlaşdırılıb.

İctimai nəqliyyata gəlincə, Rustaveli prospekti ilə hərəkət edən avtobuslar və mikroavtobuslar Canturia küçəsindən Virsaladze küçəsinə keçərək Mtkvarinin (Kür) sağ sahilindən keçərək Barataşvili körpüsünün yaxınlığındakı pandusa qədər hərəkət edəcəklər; Tbilisi-Kocori avtomobil yolundan Azadlıq meydanı istiqamətində hərəkət edən ictimai nəqliyyat Amağleba küçəsi 11 ünvanında dayanacaq və sərnişinlərə əks istiqamətdə də qeyd olunan ünvandan xidmət göstərəcək; Avlabari meydanından və Qorqasali küçəsindən hərəkət edən nəqliyyat isə Avropa Meydanına qədər və sonra geriyə hərəkət edəcək.

Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir!”- meriyanın məlumatında qeyd olunub.