Rustaveli prospektində "Milli Hərəkatın" təşkil etdiyi aksiya keçirilir
Rustaveli prospektində, Parlament qarşısında “Birlikdə Avropaya” şüarlı aksiya keçirilir, hansı da “Milli Hərəkat” tərəfindən təşkil olunub.
Aksiyanı “Milli Hərəkatın” üzvü, İrakli Pavlenişvili açdı və toplaşanlara Parlament qarşısında quraşdırılmış səhnədən nitqlə müraciət etdi.
Aksiya təşkilatçılarının dediyinə görə, Gürcüstanın gələcəyi Avropadadır. Rustaveliyə toplaşanlar hakimiyyətin istefasını tələb edirlər. Onlar Mixeil Saakaşvili, Nika Qavaramiya və Lazare Qriqoriadisin azad olunmasını tələb edirlər. Aksiyada “Mişa, Mişa” eşidilir. Hakimiyyətə “gedin” çağırışlar edilir. Eləcə də “Suxumu-Tsxinvali”.
Aksiyada müxtəlif müxalif partiyalar iştirak edirlər.
Parlament qarşısında avtomobil yolu bağlıdır.