Rustaveli prospektində keçirilən etiraz aksiyalarında 4 polis xəsarət alıb
Rustaveli prospektində keçirilən etiraz aksiyalarında hüquq-mühafizə orqanlarının 4 əməkdaşı xəsarət alıb. Mövcud məlumatda, onlara əsasən baş nahiyəsindən küt əşya ilə xəsarət yetirildiyi deyilir.
Daxili İşlər Nazirliyində hüquq-mühafizə orqanlarının əməkdaşlarının xəsarət alması faktını təsdiqləyiblər. Nazirlikdən açıqlandığı üzrə, onların hamısının müalicəsi ev şəraitində davam etdirilir.
Rustaveli prospektində keçirilən aksiyaya toplaşanlar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edirdilər. Aksiyada vəziyyət bir neçə dəfə gərginləşib. Polislə aksiya iştirakçıları arasında vaxtaşırı toqquşmalar və qarşıdurmalar yaşanıb.