Rustaveli prospektində "Evə, Avropaya doğru" adlı aksiya keçirilir
Rustaveli prospektində "Evə, Avropaya doğru" adlı aksiya keçirilir

 

Rustaveli prospektində, parlament binası qarşısında “Evə , Avropaya doğru” adlı aksiya keçirilir. Gürcüstanın Avropa gələcəyini dəstəkləyən vətəndaşlar əraziyə toplaşıblar.

Aksiyanın təşkilatçısı “Utanc” təşkilatıdır. Həmçinin, müxtəlif müxalifət partiyalarının nümayəndələri də aksiyaya qoşulurlar.

Parlamentin önündə aksiya iştirakçıları qarşısında çıxışların ediləcəyi səhnə quraşdırılıb . Avropalı parlamentarilərin aksiyanın təşkilatçılarına müraciət edəcəyi planlaşdırılır.

Bununla yanaşı, mövcud məlumata görə, siyasətçilər tribunadan açıqlama verməyəcəklər.

Təhlükəsizlik məqsədilə əraziyə polis səfərbər edilib, nəqliyyatın hərəkəti dayandırılıb.