Rustaveli prospekti ilə Mtatsminda parkını birləşdirən kanat yolu açılıb
Rustaveli prospekti ilə Mtatsminda parkını birləşdirən kanat yolu açılıb.
Tiflis meriyasının məlumatına görə, dairəvi, birkəndli, qandol yolu aşağı və yuxarı stansiyaları və stansiyalar arasında beş dayaq dirəyini özündə birləşdirən mühəndis konstruksiyasıdır. Bundan əlavə, kanat yolunun bərpası çərçivəsində aşağı stansiyanın interyeri tamamilə yenilənib və təkmilləşdirilib. Sözügedən stansiya köhnə kanat yolunun dəmir-beton konstruksiyası ilə onun üzərində tikilmiş metal konstruksiya binasının birləşməsidir.
Meriyadan verilən məlumata görə, yuxarı sürücü stansiyası tikilib və beş dayaq strukturu təşkil edilib. Stansiyalar arasında iki ip (d = 47 mm) dartılmışdır ki, onların vasitəsilə qandollar stansiyalar arasında 5 m/s sürətlə hərəkət edəcəkdir. Sərnişinlərə 21 ədəd 8 yerlik qandola xidmət göstərəcək və məsafəni 4,07 dəqiqəyə qət edəcək. Kanat yolu bir istiqamətdə saatda 1200 sərnişin daşıya bilir.
Bundan əlavə, meriyanın məlumatına görə, Rustaveli prospekti və Mtatsminda parkının kanat yolunun tikinti hissəsinə də “Daqi” tikinti şirkəti cavabdeh olub. Mühəndislik hissəsi isə beynəlxalq “Doppelmayer” şirkəti tərəfindən həyata keçirilib və bərpa olunan kanat yolu idarə olunması üçün “Mtatsminda Park” administrasiyasına təhvil verilib. Layihənin ümumi dəyəri 50 milyon lari təşkil edir. Tbilisi meriyasının Ətraf Mühitin Mühafizəsi üzrə Şəhər Xidməti Rustaveli prospekti ilə Mtatsminda parkını birləşdirən kanat yolunun tikintisi və bərpası çərçivəsində kanat yolunun alt stansiyasının yaxınlığında meydan təşkil edib. Sahəsi 1300 kvadratmetr olan meydanda işıqlandırma dirəkləri orijinal qaydada düzülmüş, piyada səkiləri döşənmiş, iki fəvvarə bərpa edilmiş, infrastruktur dəyişdirilmiş, yeni park mebelləri qoyulmuşdur. Həmçinin, drenaj və kanalizasiya sistemləri təşkil olunmuş, abadlıq işləri aparılmış, ərazidə suvarma sistemi təşkil edilmiş, müxtəlif növ tinglər və otlar əkilmişdir. Sözügedən işlərin dəyəri 700.000 lari təşkil edib.