Russia Today teleşirkətinin ABŞ-da xarici agent kimi qeydiyyatdan keçməsi mümkündür
Rusiya hökuməti tərəfindən maliyyələşdirilmiş Russia Today teleşirkəti ABŞ-da xarici agent kimi qeydiyyatdan keçəcək. Bu haqqda bəyanatı teleşirkətin redaktoru Marqarita Simonian verdi.
Onun dediyinə görə, ABŞ-ın Ədliyyə Nazirliyi sənədlərin hazırlanması üçün 13 noyabra qədər vaxt verdi. İdarədə bu məlumatı təsdiq etmirlər.
Simonian ABŞ hpkumətinin bu tələbini diskriminasiya kimi dəyərləndirdi və bəyan etdi ki, teleşirkət məhkəməyə şikayət edəcək.
Elə onun dediyinə görə, xarici agent kimi qeydiyyatdan keçmək tələbi “demokratiya və söz zadlığı” prinsiplərinə zidd çıxır.
ABŞ-ın Dövlət Departamentində açıqlama verdilər ki, xarici agent kimi qeydiyyatdan keçmək, xəbərlərin işıqlandırılmasını heçkimə qadağan etmir.