Ruslan Stepançuk - Şalva Papuaşvili Ukraynaya səfər etməyə hazır olduğunu təsdiqlədi, Ukrayna və Gürcüstan arasındakı kiçik anlaşılmazlıqların aradan qalxmasından dolayı şadam
Şalva Papuaşvili Ukraynaya səfər etməyə hazır olduğunu təsdiqlədi, Ukrayna və Gürcüstan arasındakı kiçik anlaşılmazlıqların aradan qalxmasından dolayı şadam -bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stepançuk “Twitter”-də yazır.
Stepançuk, gürcü parlamentarilərin səfərinin iki ölkə arasında dostluq münasibətlərini təsdiq edəcəyini bildirir.
„Şalva Papuaşvili Ukraynaya səfər etməyə hazır olduğunu təsdiqlədi, Ukrayna və Gürcüstan arasındakı kiçik anlaşılmazlıqların aradan qalxmasından dolayı şadam. Bu səfər gürcü parlamentarilərinə Ukraynada baş verənləri öz gözləri ilə görməyə imkan verəcək və dostluq münasibətlərimizi təsdiq edəcək!” –deyə Ruslan Stepançuk yazır.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili də bu gün Ruslan Stepançukla apardığı danışıqlar barədə məlumat yayıb və qeyd edib ki, həmkarı ilə mümkün qədər tez görüşəcək. “Gürcüstanın cəsur Ukrayna xalqı ilə həmrəyliyini təsdiqləmək üçün ən qısa zamanda Ukraynada görüşəcəyik” -deyə Şalva Papuaşvili “Twitter”-də yazır.