Ruslan Stefançuk - 15 il əvvəl dünya daha qətiyyətli və sərt hərəkət etsəydi, Rusiya çətin ki, ona aid olmayan müstəqil ərazilərə təcavüz etməyə cürət edə bilərdi
Ruslan Stefançuk - 15 il əvvəl dünya daha qətiyyətli və sərt hərəkət etsəydi, Rusiya çətin ki, ona aid olmayan müstəqil ərazilərə təcavüz etməyə cürət edə bilərdi

 
15 il əvvəl Rusiya Gürcüstana və gürcü xalqına qarşı silahlı təcavüzə başladı, 15 il əvvəl Rusiya Federasiyası özünün təcavüzkar imperialist ambisiyalarını göstərdi – bu barədə Ukrayna Radasının spikeri Ruslan Stefançuk sosial şəbəkədə yazır.

Onun sözlərinə görə, “15 il əvvəl dünya daha qətiyyətli və sərt hərəkət etsəydi, Rusiya çətin ki, ona aid olmayan müstəqil ərazilərə təcavüz etməyə cürət edə bilərdi”.

“Bu gün Ukrayna öz gələcəyi üçün onu hər zaman məhv etməyə çalışana qarşı mübarizə aparır. Yalnız birgə, güclü və əlaqələndirilmiş səylərlə biz təcavüzkarı məğlub edə və Avropada sülhü bərqərar edə biləcəyik” -deyə Ukrayna Radasının spikeri Ruslan Stefançuk yazır.