Rusiyanın Xarkovu bombalaması nəticəsində ölənlərin sayı 5 nəfərə yüksəlib
Rusiyanın Xarkovu bombalaması nəticəsində ölənlərin sayı 5 nəfərə yüksəlib

Rusiyanın Xarkovu bombalaması nəticəsində ölənlərin sayı 5 nəfərə yüksəlib. Bu barədə məlumatı yerli hökumət yayır.

47 nəfər yaralanıb. Qurbanlar arasında 14 yaşlı qız var.

İşğalçı qüvvələr Belqorod vilayətindən Xarkova, 5 yerə hava bombaları ilə zərbə həyata keçirib, o cümlədən 12 mərtəbəli yaşayış binası da bombalanıb. Xarkov vilayət Administrasiyasının rəhbəri Oleq Sinequbovun məlumatına görə, binanın üst mərtəbələrində insanların qaldığı ehtimal edilir, o cümlədən ən azı bir qadın. Binanın uçmaq təhlükəsi var.