Rusiyanın Xarkovu bombalaması nəticəsində azı 1 nəfər ölüb, 16 nəfər yaralanıb
Rusiyanın Ukraynanın Xarkov şəhərini bombalaması nəticəsində azı 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Bu barədə məlumatı Ukrayna mediası yayır.
Xarkov meri İqor Terexovun sözlərinə görə, Rusiya yaşayış məntəqəsinə havadan hücum həyata keçirib. Onun sözlərinə görə, xəsarət alanlar arasında üç aylıqdan doqquz yaşa qədər olan uşaqlar da var.
Terexov azı 14 hündürmərtəbəli binanın, təcili cərrahiyyə institutunun və təhsil müəssisəsinin zərər gördüyünü qeyd edib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Xarkov meri sakinləri sığınacaqlarda qalmağa çağırıb, çünki onun sözlərinə görə, təkrar hücum riski var.