Rusiyanın Xarkova raket hücumu nəticəsində 5 nəfər yaralandı
Rusiyanın Xarkova raket hücumu nəticəsində 5 nəfər yaralandı

Rusiya Xarkova növbəti raket zərbəsi endirdi, ikisi uşaq olmaqla 5 nəfər yaralandı.

Ukrayna mediasının yazdığı kimi, bölgədə hava hücumuna dair həyəcan siqnalı 6 saat davam edib.

Xarkov vilayətinin administrasiyasının rəhbəri Oleq Sinequbov bildirdi ki, hücum yaşayış sahəsinə həyata keçirildi.

Onun sözlərinə görə, bir neçə fərdi ev dağıldı, xəsarət alanlar arasında 13 və 16 yaşlı uşaqlar da var.