Rusiyanın Xarkova hücumu nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb

10:20, 09.10.2024

Rusiya hərbi qüvvələri Xarkov vilayətinə hücum edib. Hücum idarə olunan hava bombaları ilə həyata keçirilib, nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılar yerli xəstəxanaya çatdırılıb. Hadisə yerində təcili xidmətlər işləyir.

Məlumata görə, Rusiya ordusu Xarkov vilayətinə doğru altı idarə olunan hava bombası atıb, onlardan beşinin yeri məlumdur.

Xarkov meri İqor Terexovun sözlərinə görə, rus hərbçiləri çoxmərtəbəli yaşayış binasına hücum ediblər. Yerli infrastruktura da ziyan dəyib.

Oxşar