Rusiyanın Xarkov vilayətinə raket hücumu nəticəsində azı 4 nəfər həlak oldu, 8 nəfər isə yaralandı
Rusiyanın Xarkov vilayətinə raket hücumu nəticəsində azı 4 nəfər həlak oldu, 8 nəfər isə yaralandı

Xarkovun vilayət Administrasiyasının rəhbəri Oleq Sinequbovun bəyanatına görə, Rusiya dinc əhalinin istirahət etdiyi ictimai müəsissəyə raket hücumu həyata keçirdi, nəticədə azı 4 nəfər həlak oldu, 8 nəfər isə yaralandı.

“Hazırda dörd mülki şəxsin ölümü ilə bağlı məlumat mövcuddur. Ən azı 8 nəfər yaralandı. İşğalçılar yerli əhalinin istirahət etdiyi əraziyə raket zərbəsi endiridilər”, – deyə Sinequbov qeyd etdi.

Onun sözlərinə görə, xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.