Rusiyanın vitse-baş naziri rus neftinin idxalına embarqo qoyulacağı təqdirdə, Moskvanın Almaniyaya təbii qaz tədarükünü dayandıracağını bildirir
Rusiyanın vitse-baş naziri rus neftinin idxalına embarqo qoyulacağı təqdirdə, Moskvanın Almaniyaya təbii qaz tədarükünü dayandıracağını bildirir

 
Rusiyada, rus neftinin idxalına embarqo qoyulacağı təqdirdə Moskvanın Almaniyaya təbii qaz tədarükünü dayandıracağı bildirilir. Bu barədə Rusiyanın vitse-baş naziri Aleksandr Novak bəyanat verib.

“Bizim cavab tədbirləri görmək üçün və “Şimal axını-1” qaz kəməri vasitəsilə təbii qazın tədarükünə embarqo tətbiq etməyə tam hüququmuz var”-deyə Rusiyanın vitse-baş naziri bildirib.

Onun sözlərinə görə, “Rusiya neftindən imtina dünya bazarına fəlakətli nəticələr gətirəcək”. Onun proqnozuna görə, belə olan halda “qara qızıl”-ın qiyməti bir barel üçün 300 dollara çatacaq.

Novakın sözlərinə görə, Aİ-nin tez bir zamanda Rusiya neftinə alternativ tapması qeyri-mümkündür.

Bununla yanaşı, BBC-nin yaydığı məlumata görə, Almaniya və Hollandiya plana qarşı çıxsa da, ABŞ artıq Rusiya neftinin idxalına embarqo tətbiq etmək imkanını öyrənir.

Hazırda Aİ zəruri neftin 30%-ni, təbii qazın isə 40%-ni Rusiyadan alır.