Rusiyanın Ukraynaya kütləvi raket hücumu səbəbindən Polşa öz aviasiyasını aktivləşdirib
Rusiyanın Ukraynaya kütləvi raket hücumu səbəbindən Polşa öz aviasiyasını aktivləşdirib

Rusiyanın Ukraynaya kütləvi raket hücumu səbəbindən Polşa öz aviasiyasını aktivləşdirib.

Bu barədə Polşa ordusunun əməliyyat komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.

Polşa hərbçilərinin qeyd etdiyi kimi, onlar Rusiyanın “Ukraynanın qərb hissəsində yerləşən obyektləri də daxil olmaqla” hədəflərə intensiv zərbələr endirməsini izləyirlər.

Polşanın göstəricilərinə əsasən, Qərbi Ukraynada zərbələrin həyata keçirildiyi zaman Rusiya aviasiyasının oxşar aktivləşməsi sonuncu dəfə iyulun 8-də qeydə alınıb. O zaman Rusiya Kiyevə kütləvi raket hücumu həyata keçirdi və nəticədə itkilər oldu.

Polşalı hərbçilər ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri prosedurların həyata keçirildiyini qeyd ediblər.

Məlum olduğu kimi, Rusiyanın raket hücumu nəticəsində Kiyevin bəzi bölgəsində elektrik enerjisi təchizatında ləngimə yaranıb, Volın vilayətinin Lutsk şəhərində çoxmərtəbəli bina zədələnib.