Rusiyanın Ukraynaya hücumu nəticəsində 15 nəfər həlak olub, ən azı 40 nəfər yaralanıb

17:50, 07.10.2026

Rusiyanın Ukraynaya hava hücumları nəticəsində bir azyaşlı da daxil olmaqla 15 nəfər həlak olub.

Medianın məlumatına görə, Rusiya qüvvələri ötən gecə Ukraynanın bir neçə bölgəsini bombalayıb. Hücum nəticəsində beş uşaq da daxil olmaqla ən azı 40 nəfər yaralanıb.

Ukraynanın daxili işlər naziri İvan Vıxovskinin bildirdiyinə görə, hazırda səkkiz yerdə – Kiyevdə və ətraf bölgədə, həmçinin Kirovoqrad, Çerniqov və Poltava bölgələrində təcili və xilasetmə əməliyyatları davam edir.

Medianın məlumatına görə, xilasedicilər və polislər dağılmış beşmərtəbəli binanın dağıntıları altında qaldığı ehtimal olunan itkin düşmüş şəxslərin axtarışını davam etdirirlər.

Çerniqov vilayətinin qubernatoru Vyaçeslav Çausun bildirdiyinə görə, raketin biri Priluki şəhərinin şimalında yerləşən yaşayış binasına dəyib və nəticədə azyaşlılar da daxil olmaqla ən azı doqquz nəfər həlak olub.

Ukrayna prezidenti Volodimir Zelenski bu gün bildirib ki, Rusiya ordusu hücumu Vladimir Putinə ad günü “hədiyyəsi” olaraq həyata keçiriblər.

Oxşar