Rusiyanın Ukraynanın Qluxov şəhərini bombalaması nəticəsində 10 nəfər həlak olub

14:17, 19.11.2024

Rusiyanın Ukraynanın Qluxov şəhərini bombalaması nəticəsində 10 nəfər həlak olub. Ölənlər arasında bir uşaq da var.

Ukrayna mətbuatının məlumatına görə, Sumı vilayətinin şəhərinə hücum nəticəsində üçü uşaq olmaqla 13 nəfər yaralanıb.

Geniş yayılmış məlumatlara görə, təhsil ocağının yataqxana binasının xarabalıqları altında 3 nəfərin basdırıldığı ehtimal edilir.

Rusiya Şahed tipli iki pilotsuz uçuş aparatı ilə Qluxov şəhərinə hücum edib.

Ukrayna prezidenti Volodimir Zelenski hücuma cavab verərək bildirib ki, Rusiya prezidenti Vladimir Putinin niyyəti müharibəni davam etdirməkdir.

Oxşar