Rusiyanın Ukraynanın paytaxtı Kiyevə raket hücumu nəticəsində 7 nəfər həyatını itirib, 25 nəfər isə yaralanıb
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə raket hücumu nəticəsində 7 nəfər həyatını itirib, 25 nəfər isə yaralanıb

 
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə irimiqyaslı raket hücumu nəticəsində 7 nəfər həyatını itirib, 25 nəfər isə yaralanıb.

Kiyevin meri Vitali Kliçko bildirib ki, bir raket uşaq xəstəxanasının ərazisinə düşüb, bu səbəbdən pasiyentlər şəhərin bələdiyyə xəstəxanalarına təxliyə ediliblər. Ukraynanın Prezidenti Volodimir Zelenski, zərər görmüş xəstəxananın ərazisində vətəndaşların dağıntıların altında qaldığını bildirib.

Ukrayna mediası, Kiyevin Şevçenko rayonunda yaşayış evinin bombalandığını yazır.