Rusiyanın Ukraynanın Kramatorsk şəhərinə hücumu nəticəsində "Reuters" xəbər agentliyinin komandasının üzvü Rayan Evans həlak olub, iki jurnalist isə yaralanıb
Rusiyanın Ukraynanın Kramatorsk şəhərinə hücumu nəticəsində "Reuters" xəbər agentliyinin komandasının üzvü Rayan Evans həlak olub, iki jurnalist isə yaralanıb

 

Rusiyanın Ukraynanın şərqindəki Kramatorsk şəhərinə hücumu nəticəsində “Reuters” xəbər agentliyinin komandasının üzvü Rayan Evans həlak olub, iki jurnalist isə yaralanıb.

Rayan Evans “Reuters”də təhlükəsizlik üzrə məsləhətçi olaraq işləyirdi. “Reuters” komandasının üzvləri rusların hücumunun həyata keçirildiyi “Safir” mehmanxanasında yaşayırdılar.

Ukrayna prezidenti Volodimir Zelenski mərhum Rayan Evansın ailəsinə başsağlığı bildirib. Sabiq Britaniya əsgəri Evans 2022-ci ildən “Reuters”də işləyirdi və jurnalistlərin təhlükəsizliyini təmin edirdi.

“Reuters” xəbər agentliyinin məlumatına əsasən, xəsarət alan jurnalistlər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.