Rusiyanın Ukraynanın Çerniqov şəhərinə hücumu insan tələfatı ilə nəticələnib

10:48, 04.01.2025

Rusiyanın Ukraynanın Çerniqov şəhərinə hücumu insan tələfatı ilə nəticələnib.

Ukrayna mətbuatının məlumatına görə, şəhərin kənarında raket hücumu həyata keçirilib, nəticədə yaşayış evlərinə ziyan dəyib.

Raket bombardmanı nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

İlkin məlumatlara görə, Rusiya şəhərə qarşı “İskəndər M” tipli ballistik raketlərdən istifadə edib. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 3 raket və 13 pilotsuz uçan aparatı zərərsizləşdirib.

Rusiya Kiyev, Sumı, Çerniqov və Poltava istiqamətlərində pilotsuz uçuş aparatları buraxıb. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtda hava hücumundan müdafiə sistemi pilotsuz uçuş aparatlarına qarşı işləyir.

Oxşar