Rusiyanın Sumı vilayətinə endirdiyi hava zərbəsi nəticəsində 7 nəfər yaralanıb, enerji infrastrukturu zədələnib

11:23, 19.10.2024

Ötən gecə Rusiya tərəfi Sumı rayonuna hava hücumu həyata keçirib. Məlumatı Ukrayna mətbuatı yayıb.

Şostka bölgəsinə hava hücumu nəticəsində infrastruktura ziyan dəyib, 7 vətəndaş yaralanıb.

Sumı rayonunda enerji və digər infrastruktur obyektlərinə də ziyan dəydiyini deyirlər. Şostki rayonunun bir neçə yaşayış məntəqəsində elektrik enerjisi kəsilib. Elektrik enerjisinin verilişi qismən bərpa olunub, işlər davam etdirilir.

Oxşar