Rusiyanın Ryazan vilayətində barıt istehsal edən zavodda baş verən yanğında 7 nəfər həlak olub
Rusiyanın Ryazan vilayətində barıt istehsal edən zavodda baş verən yanğında 7 nəfər həlak olub

Rusiyanın Ryazan vilayətində barıt istehsal edən zavodda baş verən yanğında 7 nəfər həlak olub. Müvafiq məlumat bölgənin təcili yardım xidmətlərinə əsaslanaraq Rusiya mediası tərəfindən yayılır.

Bir nəfərin xəstəxanaya yerləşdirildiyi, daha 9 nəfərin axtarışda olduğu bildirilir.

İlkin məlumata görə, yanğına səbəb texnoloji prosesin pozulması olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsi üçün 170 yanğınsöndürən səfərbər olunub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, fabrik qəsəbədən iki kilometr aralıda yerləşirdi.