Rusiyanın pilotsuz uçuş aparatı Rumıniyanın sərhəd şəhəri Galațidə 10 mərtəbəli yaşayış binasına çırpılıb, iki nəfər yaralanıb
Rusiyanın pilotsuz uçuş aparatı Rumıniyanın sərhəd şəhəri Galațidə 10 mərtəbəli yaşayış binasına çırpılıb.
Medianın məlumatına görə, toqquşma nəticəsində binanın mənzillərindən birində yanğın baş verib və iki nəfər xəsarət alıb. Yaralananların qadın və 14 yaşlı uşaq olduğu bildirilir.
Hücum səbəbindən binadan 70 nəfər təxliyə olunub.
Rumıniyanın Müdafiə Nazirliyi binaya rus dronunun çırpıldığını təsdiqləyib.
Medianın yazdığına görə, bu hadisə rus dronunun Rumıniyanın sıx məskunlaşmış ərazisinə daxil olaraq zərər vurduğu ilk hadisədir.