Rusiyanın Odessaya hücumu nəticəsində üç nəfər həlak olub, yeddi nəfər isə xəsarət alıb
Rusiyanın Odessanın mərkəzinə hücumu nəticəsində üç nəfər həlak olub, yeddi nəfər isə xəsarət alıb. Məlumatı Ukrayna mediası rəsmi şəxslərə istinadən yayır.
Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, hücum nəticəsində xəsarət alan şəxsləri tibb işçiləri müalicə edir.
“Təəssüf ki, Odessanın mərkəzinə düşmənin hücumu nəticəsində daha bir ölüm faktı təsdiqlənib. Həlak olanların ümumi sayı üçə çatıb. Onlardan ikisi qadın, biri isə kişidir”, – Oleq Kiper bildirir.
Bununla yanaşı, hücum nəticəsində yaşayış binalarının, kafelərin və mağazaların şüşələri sındırılıb. Bir avtomobil yanıb, bir neçə avtomobilə isə ziyan dəyib.