Rusiyanın Odessa vilayətində raket hücumu nəticəsində ikimərtəbəli ev uçub, ölənlər var

10:51, 11.10.2024

Rusiyanın Odessa vilayətində raket hücumu nəticəsində ikimərtəbəli ev uçub, biri yeniyetmə olmaqla 4 nəfər həlak olub.

Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, xilasedicilər 4 nəfəri xilas ediblər, 3 nəfər isə binanın dağıntıları altında ölüb.

Ölənlər arasında 43 yaşlı qadın, 22 yaşlı kişi və 16 yaşlı yeniyetmə də var. Daha bir nəfər aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.

Bundan başqa, 10 nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır.

Oxşar