Rusiyanın Kiyevi raketlə bombalaması nəticəsində qurbanların sayı 17-yə çatıb, 66 nəfər yaralanıb
Rusiyanın Kiyevi raketlə bombalaması nəticəsində qurbanların sayı 17-yə çatıb, 66 nəfər yaralanıb

 
Rusiyanın Kiyevi raketlə bombalaması nəticəsində qurbanların sayı 17-yə çatıb.

Ukrayna mediası, ölkənin paytaxtında 66 nəfərin yaralandığı haqda məlumat verir.

Kiyevin meri Vitali Kliçko, “Oxmatdet” uşaq xəstəxanasının bombalanması zamanı iki nəfərin xəstəxananın ərazisində həlak olduğunu bildirib. Həlak olanlardan biri həkimdir. Raket hücumu nəticəsində uşaq xəstəxanasının binasının bir hissəsi uçub.

Həmçinin, Kiyevin Dnepr rayonunda tibb məntəqəsinə raket parçalarının düşməsi nəticəsində iki nəfər həlak olub.

Bu gün Rusiya ordusu Krivoy Roq şəhərini də raketlərlə bombalayıb, 10 nəfər həlak olub, 41 nəfər isə yaralanıb. Qurbanlar arasında 6 kişi və 4 qadın var. Slavyansk və Kramatorsk da rus ordusunun hədəfinə çevrildi.

Ümumilikdə, bu gün Ukraynaya Rusiyanın raket hücumu nəticəsində 28 nəfər həlak olub. Rusiya 38 hipersəs və strateji raketlə Ukrayna şəhərlərinə hücum həyata keçirib. Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri 30 raketi zərərsizləşdirib.