Rusiyanın Kiyevə raket hücumu nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb, avtomobillər yanıb, istilik boru xətti zədələnib
Rusiyanın Kiyevə raket hücumu nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb. Beş avtomobil yanıb. İstilik magistralına da ziyan dəyib. Bu məlumatı Kiyev Şəhər Administrasiyasının rəhbəri Sergey Popko, Kiyev meri Vitali Kliçko və Dövlət Fövqəladə Hallar Xidməti yayıb.
Təcili yardım xidmətləri raket qalıqlarının olduğu yerdə işləyir.
Məlumata görə, raket hücumu Rusiyanın strateji aviasiyası tərəfindən həyata keçirilib.