Rusiyanın Kiyevə hücumları nəticəsində qurbanların sayı 27-yə çatıb, 117 nəfər isə yaralanıb
Rusiyanın Kiyevə hücumları nəticəsində qurbanların sayı 27-yə çatıb, 117 nəfər isə yaralanıb

 
Rusiyanın Kiyevə qarşı həyata keçirdiyi raket hücumu nəticəsində yaralananların sayı 117-yə yüksəlib. Dördü uşaq olmaqla 27 nəfər həlak olub. Bu haqda məlumatı yerli hakimiyyət yayır.

Xilasedicilər bu vaxtadək hadisə yerində işləməyə davam edirlər, xüsusi texnika səfərbər olunub.

Bununla yanaşı, rus tərəfinin kütləvi hücumları nəticəsində Dnepropetrovsk vilayətində azı 11 nəfər həlak olub, 64 nəfər isə yaralanıb.

Ukrayna mediasının verdiyi məlumat üzrə, kütləvi hücum zamanı ruslar 38 müxtəlif raketdən, yeni hipersəs silahından, o cümlədən “Kinzhal” və “Iskander-M” tipli ballistik raketlərdən, eləcə də “Tsirkon”, “Kh-101”, “Kalibr”, “Kh-22” tipli raketlərdən istifadə ediblər.