Rusiyanın Kiyevə hücumları nəticəsində qurbanların sayı 22-yə çatıb, 72 nəfərisə yaralanıb
Rusiyanın Kiyevə hücumları nəticəsində qurbanların sayı 22-yə çatıb, 72 nəfərisə yaralanıb

Rusiyanın Kiyevə hücumları nəticəsində qurbanların sayı 22-yə yüksəlib, 72 nəfər isə yaralanıb. Ukrayna mediasının məlumatına əsasən, bugünkü kütləvi hücum zamanı ruslar 38 müxtəlif raketdən, yeni hipersəs silahdan, o cümlədən “Kincal” və “İsgəndər M” ballistik raketlərindən, həmçinin “Zircon”, “X-101”, “Kalibr”, “X-22” tipli raketlərdən istifadə ediblər.

Müdafiə mütəxəssisləri qeyd edirlər ki, ruslar onlarda olan raketlərin demək olar ki, hər növündən istifadə ediblər.

Ukraynanın səhiyyə naziri Viktor Liaşko bildirib ki, rus raket hücumu nəticəsində “Oxmatdit” uşaq xəstəxanasında işıq, oksigen və su yoxdur.

Liaşko qeyd edib ki, Rusiya terror aktı nəticəsində “Oxmatdit” xəstəxanasının 5 binası və Uşaq Ürək Cərrahiyyə Mərkəzinin bir binası zədələnib.