Rusiyanın Kiyevə ballistik raketlərlə hücumu nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb
Rusiyanın Kiyevə ballistik raket hücumu nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.
Ukraynanın paytaxtında, bir neçə rayonda raket parçaları düşüb, bir neçə yanğın baş verib. Hücum nəticəsində infrastruktur obyektlərinə, o cümlədən “Lukyanovskaya” metrostansiyası yaxınlığındakı obyektlərə ziyan dəyib.
Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, hücum nəticəsində Şevçenko rayonunda qeyri-yaşayış binasında yanğın baş verib, yaşayış evlərinə də ziyan dəyib. Desnyansk vilayətinə raket parçaları düşüb.