Rusiyanın Kiyev vilayətinə gecə saatlarında hücumu nəticəsində 2 nəfər yaralanıb
Rusiyanın Kiyev vilayətinə gecə saatlarında hücumu nəticəsində 2 nəfər yaralanıb

Rusiyanın Kiyevə və Kiyev vilayətinə gecə saatlarında hücumu nəticəsində iki nəfər yaralanıb. Kiyev Hərbi Dairəsinin Administrasiyasının rəhbəri Ruslan Kravçenkonun sözlərinə görə, raket qalıqlarının düşməsi nəticəsində 6 çoxmərtəbəli bina və 20-dən çox fərdi yaşayış evi zədələnib. Binaların pəncərələri sınıb, fasadları zədələnib.

Həmçinin yanacaqdoldurma məntəqəsi, aptek, sənaye və inzibati binalar və üç avtomobilə ziyan dəyib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə saatlarında Rusiya hərbçiləri Azov dənizindən Kiyev bölgəsinə üç “Kalibr” raketi atıb, onlardan ikisi hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.